Yeni gizli süni intellekt (AI) modeli təqdim olunacaq

 12:45 13.07.2024     594

Amerika startapı OpenAI gizli süni intellekt (AI) modeli üzərində işləməyə başlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Məşhur çatbot ChatGPT-nin yaradıcısı OpenAI "Strawberry" kod adlı layihəyə start verib. Mənbələr bildiriblər ki, layihə hətta OpenAI daxilində də yüksək təhlükəsizlik statusuna malikdir.  Söhbət insan kimi düşünə bilən və dərin araşdırmalar apara bilən süni intellekt modelindən gedir.

İnsayderlər belə bir modelin nəinki tələblərə cavab verə biləcəyini, həm də onları əvvəlcədən planlaşdıra biləcəyini söyləyiblər. Yeni alət internetdə tapılan məlumatlardan daha səmərəli istifadə edə biləcək.

OpenAI şirkətin gizli model üzərində işlədiyini birbaşa təsdiqləməyib.

Sevinc İBRAHİMZADƏ