"WhatsApp"da yeni funksiya olacaq

 19:12 13.07.2024     742

Məşhur "WhatsApp" mesencerində bütün söhbət mesajlarını başqa dilə tərcümə etmək imkanı olacaq.

Redaktor.az xəbər verir ki, indi istifadəçilər üçün pulsuz olacaq yeni funksiya inkişaf mərhələsindədir.

Yenilik artıq tətbiqin 2.24.15.9 nömrəli beta versiyasında qeydə alınıb. Materialın müəllifləri qeyd edirlər ki, çatların tam tərcüməsi ayrı-ayrı mesajların tərcüməsinin məntiqi davamı olacaq.

"Görünür, "WhatsApp" özünün daxili mesaj tərcüməçi texnologiyasını inkişaf etdirir. Bu yanaşma hələ də başdan-ayağa şifrələməni saxlayır, çünki mesencer cihazda mesajları emal edəcək. Buna görə də "WhatsApp" tərcümə üçün bəzi dil paketlərini endirməli olacaq", - deyə məlumatda bildirilir.

Əvvəlcə yalnız altı dilin - rus, ingilis, ərəb, ispan, portuqal (Braziliya) və hindi dillərinin dəstəklənməsi planlaşdırılır, lakin siyahı genişlənəcək. Yeni funksiyanın tam buraxılış tarixləri hələ məlum deyil. (oxu.az)