İtalyan şirkəti yeni sistemə investisiya ayırdı

 10:14 16.07.2024     540

İtaliyanın "FAST Aerospace" şirkəti qismən təkrar istifadə oluna bilən "HyperDart" hava buraxılış sistemi yaratmaq üçün 500 min avro investisiya alıb.

Redaktor.az xəbər verir ki, bu barədə “European Spaceflight” məlumat yayıb.

İnvestisiyalar 25 kilometr hündürlükdən birdəfəlik kosmik raketin buraxılması üçün nəzərdə tutulmuş təkrar istifadə edilə bilən pilotsuz daşıyıcı təyyarəyə quraşdırılacaq prototip ramjet mühərrikinin hazırlanmasına sərf olunacaq.Həmçinin ümumi kütləsi 250 kiloqrama qədər olan faydalı yükü aşağı Yer orbitinə çıxaracaq.

Şirkət 2025-ci ilin sonuna qədər prototip mühərrikin sınaqlarına başlamağı planlaşdırır. İlk "HyperDart" testlərinin 2029-cu ildə keçirilməsi planlaşdırılır.

Sevinc İBRAHİMZADƏ