"Google" yeni "Pixel" smartfonlarını bu tarixdə BURAXACAQ

"Google" şirkəti "Made by Google" "YouTube" kanalında yeni flaqman smartfon "Pixel 9 Pro"nun rəsmi video tizerini dərc edib.
Redaktor.az "gazeta.ru"ya istinadən xəbər verir ki, videoda şirkət telefonun bir çox şeyə qadir olduğunu, o cümlədən köhnə modelləri asanlıqla geridə qoyduğunu vurğulayıb.
Tərtibatçıların sözlərinə görə, yeni modelin təqdimatı avqustun 13-də baş tutacaq. Beləliklə, şirkət istifadəçilərə innovativ həllər və müasir texnologiyalar təklif edərək smartfonlar xəttini inkişaf etdirməyə davam edir.
"Pixel 9 Pro"dan əlavə "Google"un avqustun 13-də "Pixel 9", "Pixel 9 Pro XL", "Pixel Fold 2", "Pixel Watch 3", "Pixel Watch 3 XL" və "Pixel Tab 2"ni nümayiş etdirəcəyi gözlənilir.
Yusif EYVAZLI