Yeni kiçik avtomobilin satış tarixi AÇIQLANDI

 09:58 23.07.2024     399

"FAW Bestune Pony" hetçbekinin Çində satışı iyulun 28-də başlayacaq.

Redaktor.az bu barədə "carnewschina"a istinadən xəbər verir.

Avtomobilin uzunluğu 3000 mm, təkər bazası isə 1953 mm-dir. Ölçü baxımından avtomobil yerli "Oka"-dan da kiçikdir. Avtomobil üç qapılıdır və dörd nəfəri qəbul edə bilər.

Avtomobilin salonu çəhrayı tonlarda hazırlanıb. Rəqəmsal alətlər klasteri var, lakin mərkəzi media ekranı yoxdur. "Bestune Pony" 27 at gücündə elektrik mühərriki və 9,4 kVt/saat tutumlu akkumulyatorla təchiz edilib. O, 122 km məsafə üçün nəzərdə tutulub.

Çində bir avtomobilin qiyməti 26,9 ilə 31,9 min yuan arasındadır. 

Qeyd edək ki, yaxın üç ildə "Bestune" brendi altında yeddi yeni elektromobil modeli buraxılacaq.

Sevinc İBRAHİMZADƏ