Sosial şəbəkəyə real silah əlavə edildi

 13:21 24.07.2024     339

"X"in tərtibatçıları su tapançası emojisini həqiqi odlu silahın təsviri ilə əvəz ediblər.

Redaktor.az xəbər verir ki, bu barədə şirkət işçilərindən biri qeyd edib.

Maraqlıdır ki, şəkil yalnız sosial şəbəkənin masaüstü veb versiyasında dəyişir. iOS və Android-də, Apple və Google-un siyasətlərinə uyğun olaraq silah emojisi seçdiyiniz zaman oyuncaq şəkli hələ də görünür. Bu dəyişikliyin səbəbi barədə məlumat verilməyib.

"X" əməkdaşı bildirib ki, emoji silahının prototipi olaraq Colt M1911 seçilib.

Qeyd edək ki, əsl tapançanın şəkli əvvəlcə sosial şəbəkədə mövcud olub. Lakin "Twitter" İlon Maska satılmazdan bir müddət əvvəl onu oyuncaq ilə əvəz edib.

Sevinc İBRAHİMZADƏ