Atmosferi suya çevirmək mümkün OLACAQ

 14:15 24.07.2024     418

ABŞ-də atmosfer suyunu içməli suya çevirəcək cihaz hazırlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Cell Reports Physical Science" jurnalında dərc edilib. Bu cihaz havada su molekullarını toplayaraq, maye hala gətirir. Qurğunun hazırlanmasında metal-üzvi quruluşa malik hiqroskopik materiallardan istifadə olunub.

Araşdırmalara görə, hazırlanmış cihazla su qıtlığı yaşayan milyardlarla insana təmiz içməli su təmin edilə bilər.

Tədqiqatçılar, cihaz üçün ilkin patent üçün müraciət etdiklərini bildiriblər.

Türkan İSGƏNDƏRLİ