"Tesla"nın yeni təqdimatı təxirə salındı

 17:18 24.07.2024     486

"Tesla"nın CEO-su İlon Mask çoxdan gözlənilən "robotaxi" prototipinin təqdimatını əvvəlcə planlaşdırılan avqustun 8-dən oktyabrın 10-na təxirə salıb.

Redaktor.az xəbər verir ki, Mask dizayn təkmilləşdirmələrinə ehtiyac olduğunu əsas gətirib.

KİV-in məlumatına görə, proqram təminatı ilə idarə olunan robotaksislər "Teslanın" gələcək baxışının mərkəzində dayanır. Süni intellekt məhsullarına doğru bu keçid Maskın avtonom texnologiya inkişaf etdirmə səylərini asanlaşdırmaq üçün şirkətin qlobal işçi qüvvəsinin 10%-dən çoxunu işdən çıxarmaq qərarından sonra baş verir.

Lakin şirkət hesabatlarına görə, "Tesla"nın elektrik avtomobil satışlarından əldə etdiyi əsas gəlir azalma əlamətləri göstərdiyi üçün keçid problemlərlə üzləşir. Belə ki, "Tesla" 2024-cü ilin ikinci rübündə əvvəlki illə müqayisədə 45%, avtomobil satış gəlirlərində isə 7% azalma ilə 1,5 milyard dollar mənfəət əldə etdiyini bildirib.

Sevinc İBRAHİMZADƏ