"Google"a rəqib gəlir - YENİ AXTARIŞ SİSTEMİ

 10:21 26.07.2024     374

Süni intellekt ChatGPT-nin yaradıcısı "OpenAI"  yeni axtarış funksiyalarının prototipi olan “SearchGPT”ni sınaqdan keçirdiyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, "OpenAI" tərəfindən edilən açıqlamada  "SearchGPT"nin istifadəçilərə aydın və uyğun qaynaqlardan sürətli və vaxtında cavablar təqdim etmək məqsədilə süni intellekt modellərinin gücünü internetdən alınan məlumatlarla birləşdirmək üçün nəzərdə tutulduğu bildirilib.

Açıqlamada sözügedən axtarış sisteminin istifadəsinin geribildirim almaq üçün kiçik bir istifadəçi və nəşriyyat qrupu ilə başlayacağı bildirilib.

Məlumata görə, prototip müvəqqətidir və xüsusiyyətlərinin ən yaxşıları gələcəkdə birbaşa ChatGPT-yə inteqrasiya ediləcək.

Həmçinin qeyd olunub ki, “SearchGPT” istifadəçilərin suallarına internetdə ən son məlumatlarla tez və birbaşa cavab verəcək, istifadəçilər də axtarış zamanı söhbət edirmiş kimi suallar verə biləcəklər.

Sevinc İBRAHİMZADƏ