"Google" süni intellektlə işıqforları idarə edəcək - VİDEO

 10:36 30.07.2024     457

"Google" süni intellekt və "Google Xəritə" məlumatlarından istifadə edərək nəqliyyat sıxlığını və emissiyaları azaltmaq üçün nəzərdə tutulmuş "Yaşıl İşıq" layihəsini işə salıb.

Redaktor.az xəbər verir ki, layihənin məqsədi avtomobillərin kəsişmələrdə dayanması və sürətlənməsi nəticəsində yaranan çirklənməni azaltmaqdır.

Süni intellekt trafik axınlarını, gözləmə vaxtlarını və svetoforun vaxtını təhlil edərək təkmilləşdirmələr təklif edir. Bunlardan biri də qeyri-pik saatlarda qırmızı işıqların müddətini azaltmaqdır.

Bu tövsiyələr mövcud infrastrukturdan istifadə etməklə bir neçə dəqiqə ərzində həyata keçirilə bilər.

Təşəbbüs artıq Rio-de-Janeyro, Sietl, Banqalor və Boston kimi şəhərlərdə sınaqdan keçirilib. "Google" dəyişikliklərin təsirini izləyən tövsiyələr və təhlillər olan tablosunu təqdim edib.

Bildirilir ki, texnologiya ayda 30 milyon səfər üçün yanacaq sərfiyyatını və tullantıları azaldır, həmçinin dayanmaları 30%-ə endirir.

Sevinc İBRAHİMZADƏ