“WhatsApp”a yeni FUNKSİYA GƏLİR

 10:38 31.07.2024     415

Məşhur “WhatsApp” messencerində iki dəfə toxunmaqla mesaja reaksiya göndərməyə imkan verən yeni funksiya olacaq.

Redaktor.az xəbər verir ki, bu barədə "WABetaInfo" portalı məlumat yayıb.

Mütəxəssislər bildiriblər ki, yeni seçim istifadəçilərə yazının üzərinə iki dəfə klikləməklə onu bəyənməyə imkan verəcək. 

“İki dəfə toxunan cavab funksiyası vaxta qənaət etmək və defolt ürək emojisi ilə əlaqəni yaxşılaşdırmaq üçün nəzərdə tutulub”, məlumatda qeyd olunub.

İki dəfə toxunma ilə cavab funksiyası hələ də inkişaf mərhələsindədir və "Android" cihazları üçün gələcək yeniləmədə əlçatan olacaq.

Sevinc İBRAHİMZADƏ