"Azercell" 150 min manata nömrə satışa çıxardı - ELAN
"Azercell Telekom" MMC-yə məxsus mobil telefon nömrələri hərrac vasitəsilə hərraca çıxarılıb.
Redaktor.az xəbər verir ki, 30 avqust 2024-cü il tarixində hərraca çıxarılacaq nömrələr haqqında elan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytında dərc olunub.
Siyahıda elan edilən ən bahalı mobil nömrə 994102222222-dir. Bu nömrənin qiyməti 150 min manatdır. 994103333333 və 994104444444 nömrələri isə 75 min manatadır.
Elanda verilən digər nömrələr isə 3750 ilə 35 000 manat arasında dəyişir.
"emlak.gov.az saytına istinadla həmin elanı təqdim edirik.
T.İSMAYIL