“Instaqram”dan ən çox hansı ölkələr istifadə edir?

 00:01 03.08.2024     415

“Instaqram”ın bu gün səhər saatlarında Türkiyədə bloklanması bir çox müzakirələrə səbəb olub.

Redaktor.az xəbər verir ki, müzakirələr zamanı dünya “Instaqram”dan ən çox istifadə edilən ölkənin məhz Türkiyə olduğu məlum olub.

Qeyd olunur ki, Türkiyə bütün dünyada 32 saatdan çox istifadə müddəti ilə liderdir və Türkiyəni bu məsələdə Braziliya və Argentina izləyir.

Bu gün evlənirlər – Rihanna 7 milyona toya gəlir

Kişi arvadının onu aldatdığını “dron”la ifşa etdi

Kişilərin DİQQƏTİNƏ: Qadını dəli etmək üçün bu 6 vacib ifadəni deyin!

Belə ki, Türkiyədə platformanın hər bir aktiv istifadəçisinin aylıq istifadə müddəti orta hesabla 32 saat 41 dəqiqədir.

Bu, Türkiyədən sonra bu məsələdə ikinci olan Braziliyadan düz 10 saat çoxdur. Braziliyada bu müddət 22 saat 27 dəqiqədir.

Argentina 21 saat 24 dəqiqə ilə üçüncü, Hindistan 19 saat 50 dəqiqə ilə dördüncü, Çili isə 19 saatla beşinci yerdədir.

“Instaqram”dan ən az istifadə edən ölkə isə Yaponiyadır. Burada “Instaqram”dan istifadə müddəti 2,1 saatdır.