"Volkswagen" yeni modelini təqdim EDƏCƏK

 10:15 05.08.2024     399

"Volkswagen" 2035-ci ilə qədər səkkizinci "Golf"u istehsal etməyə hazırdır.

Redaktor.az xəbər verir ki, avtomobil nəhəngində texniki inkişafa cavabdeh olan Kai Qrunitzin verdiyi məlumata görə, hazırkı ailə növbəti onilliyin ortalarına qədər konveyerdə qala bilər.

Volkswagen nümayəndəsi açıq şəkildə bildirdi ki, səkkizinci "Golf"un son təqaüdə çıxma vaxtı Avropa İttifaqının qaydalarından asılı olacaq: yeni qanun layihələrində dəyişikliklər iqtisadi baxımdan məqsədəuyğun olmaya bilər.

Səkkizinci nəsil "Volkswagen Golf" 2019-cu ildə debüt edib və 2020-ci ilin əvvəlində bazara çıxıb. Bu o deməkdir ki, 2035-ci ilə qədər onun 15 yaşı olacaq. Modelin mərkəzində olan MQB platforması 2012-ci ildə təqdim edilib və beşqapılı model artıq o qədər də gənc deyil. Bununla belə, Alman avtomobil nəhəngi yanacaqla işləyən yeni "Golf" hazırlamağı belə düşünmür: diqqət elektrik avtomobilinə yönəlib.

Kai Qrunitz eyni adlı elektromobil bazara girəndə belə yanacaqla işləyən "Golf"un xidmətdə qalacağını, yəni müştərilərə seçim hüququ veriləcəyini açıqlayıb. Avropa İttifaqı oyun qaydalarını dəyişməyə qərar verərsə, vəziyyət dəyişə bilər: məsələn, yeni kibertəhlükəsizlik qaydalarını tətbiq etməklə. “Porsche Macan”, “Porsche 718” və “Toyota GR86”-nın istehsaldan çıxması elektron arxitekturanın yeni tələblərə uyğunlaşdırılmasının iqtisadi cəhətdən sərfəli olmaması ilə bağlıdır.

Sevinc İBRAHİMZADƏ