İnsanabənzər robotlar təhlükəyə ÇEVRİLİR

 17:49 05.08.2024     444

ABŞ-də Çindən gələn insanabənzər robotlardan qorxurlar.

Redaktor.az "The New York Post"a istinadən xəbər verir ki, bəzi amerikalı qanunvericilər artıq onların qadağan olunmasını müdafiə ediblər.

Qeyd edildiyi kimi, dünya bazarında Çin istehsalı olan qabaqcıl robotlar peyda ola bilər. Söhbət qutuları daşıya bilən, yüksək sürətlə hərəkət edən, hətta insan mimikalarını eynisini edə bilən inkişaflardan gedir.

Birləşmiş Ştatlarda ÇXR və ya dövlət tərəfindən dəstəklənən hücumçuların robotlardan istifadə edə biləcəyi ilə bağlı narahatlıqlar var. Onlar hazırda zərərsiz ev köməkçiləri kimi satılır. Lakin bəzi amerikalı siyasətçilər robotların casusluq və kritik infrastrukturun təxribatı yolu ilə dağıntılar yaratmağa başlayacağına inanırlar.

ABŞ Konqresinin ABŞ-Çin İqtisadiyyat və Təhlükəsizlik Komitəsində nümayəndəsi Ceykob Helberqin sözlərinə görə, bu robotlar kimisə yuxuda boğmaq, məlumat mərkəzinə daxil olmaq və fiziki zərər vermək qabiliyyətinə malikdir.

Hətta o bildirib ki, ABŞ torpaqlarında olan Çin robotları görünməz orduya çevrilməyə hazırdır.

Sevinc İBRAHİMZADƏ