Mask yenə "OpenAI" və onun yaradıcısına iddia QALDIRDI

 10:13 06.08.2024     417

Amerikalı sahibkar İlon Mask "OpenAI" və onun yaradıcısı Sem Altmana qarşı yeni iddia qaldırıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Onun sözlərinə görə, şirkət 2015-ci ildə yaradılarkən qarşıya qoyduğu məqsəd və vəzifələrə xəyanət edib. Xüsusilə, Mask "OpenAI"nin qeyri-kommersiya təşkilatından kommersiya təşkilatına çevrildiyini və bəşəriyyətin xeyrinə təhlükəsizlik və açıqlığa diqqət yetirməyi dayandırdığını söyləyib. İddia ərizəsində milyarder Altmanı fırıldaqçı adlandırır və həmçinin "OpenAI"ni təsis müqaviləsini pozduğuna görə müqaviləni pozmaqda günahlandırır.

Bildirilir ki, Mask artıq fevral ayında şirkətə qarşı oxşar iddia qaldırıb, lakin iyun ayında onu geri götürüb.

Sevinc İBRAHİMZADƏ