PS5 satışları ARTIB

 10:03 08.08.2024     412

"PlayStation 5" satışları 61 milyon ədədi keçib.

Redaktor.az xəbər verir ki, "Sony" 2024-cü ilin birinci rübü (aprel-iyun) üçün son maliyyə hesabatında 2,4 milyon konsol satışını bildirib.

Bu rəqəm keçən ilin eyni dövründəki 3,3 milyondan az olsa da, satılan PS5 ədədlərinin ümumi sayı 61,7 milyona çatıb. "Sony"nin oyun bölməsinin nəticələri müsbət idi. Oyunlar və Şəbəkə Xidmətləri seqmentində satışlar 12%, əməliyyat mənfəəti isə 32% artıb. "Sony" artımı valyuta məzənnələrinin təsiri, öz oyunlarının satışlarının artması və "PlayStation Plus"dan gələn gəlirlərin artması ilə əlaqələndirir.

Ümumi gəlir artımına baxmayaraq, "Sony" daha az satıldığına görə aparat satışlarının azaldığını etiraf edir. 2024-cü il proqnozu 3 faiz yuxarıya doğru hesablanıb.

Sevinc İBRAHİMZADƏ