"Xiaomi" smartfonları üçün rekord batareya tutumu - Cəmi 18 dəqiqədə...

 17:05 08.08.2024     413

Çinin “Xiaomi” şirkəti batareya tutumu rekordu olan smartfonlar yaratmağı planlaşdırıb.

Redaktor.az xəbər verir ki, bu barədə “PhoneArena” məlumat yayıb.

Yeni modellər cihazı bir saatdan az müddətdə şarj etməyə imkan verən daha sürətli doldurma qabiliyyətinə malik olacaq.

Beləliklə, bəzi gələcək qurğular 7500 milliamper saat tutumlu batareya ilə buraxılacaq və 100 vatt dəstəyi alacaq ki, bu da onları 63 dəqiqə ərzində doldurmağa imkan verəcək. 7000 milliamper saatlıq batareya 120 vatt gücü dəstəkləyəcək və 40 dəqiqəyə doldurulacaq.

Bundan əlavə, 6500, 6000, 5500 və 5000 milliamper saatlıq batareya versiyaları da hazırlanır. Başqa sözlə, 5000 milliamper-saat batareyası olan telefonlar cəmi 18 dəqiqə ərzində 120 vatt gücündə enerji yığa biləcək. İnnovativ batareyalı smartfonların buraxılış tarixləri açıqlanmayıb.

Sevinc İBRAHİMZADƏ