Kosmosda qalan astronavtlar bu tarixdə qayıda bilər

Boeing şatlının nasazlığı nəticəsində kosmik stansiyada qapalı qalan iki NASA astronavtının geri qaytarılması ilə bağlı açıqlama verilib.
Redaktor.az xəbər verir ki, bu barədə NASA bildirib.
Məlumata görə, onlar SpaceX-in gələn ilin fevralında keçiriləcək ekspedisiyasına qədər stansiyada qala bilərlər. Kosmik gəminin servisindəki problemin gözlənildiyindən daha mürəkkəb olduğu vurğulanıb.
Kosmik stansiyada 8 gün qalması planlaşdırılan astronavtlar artıq 2 aydan çoxdur ki, geri dönməyiblər.
Türkan İSGƏNDƏRLİ