Yeni artırılmış reallıq eynəkləri buraxılacaq - "Apple"a RƏQİB

 17:47 08.08.2024     405

Amerikanın "Microsoft" şirkəti 2026-cı ilə qədər öz artırılmış reallıq eynəklərini buraxmağı planlaşdırır.

Redaktor.az xəbər verir ki, bu barədə Koreyanın “The Elec” nəşri məlumat yayıb.

Məlumata görə, "Microsoft" mikro OLED displeylərin tədarükü üçün "Samsung Display" ilə müqavilə imzalayıb. İnsayderlər bildiriblər ki, gələcək cihazın artırılmış reallıq qulaqlıqları da olacaq, yəni virtual və əlavə reallıq ilə də işləyəcək.

Hesabatda cihaz 2024-cü ilin fevralında satışa çıxarılan "Apple"ın "Vision Pro" eynəklərinə rəqib kimi göstərilib. Məlumata görə, "Microsoft" koreyalı tərəfdaşından çoxlu sayda mikro-OLED displey sifariş edib - sözün əsl mənasında yüz minlərlə ədəd. Mənbələr cihazın əyləncə və oyun məqsədləri üçün hazırlanacağını açıqlayıb.

Plana görə, "Microsoft" 2026-cı ildə yeni qulaqlıq təqdim etməlidir. Şirkətin həmçinin öz "HoloLens" adlı reallıq dəbilqəsi var ki, onu yalnızca korporativ istifadəçilərə və dövlət təşkilatlarına satır.

Sevinc İBRAHİMZADƏ