"Uçan taksi" Olimpiadaya gedə BİLMƏDİ

 22:41 08.08.2024     415

Fransanın ev sahibliyi etdiyi 2024-cü il Olimpiya Oyunları zamanı “uçan taksilər”in Paris səmasında xidmət göstərməsi planlaşdırılsa da bu mümkün olmayıb.

Redaktor.az xəbər verir ki, buna səbəb lazımı mühərrik sertifikatının vaxtında alınmaması olub.

Layihəyə imza atan "Groupe ADP" və "Volocopter" şirkəti 2024-cü ilin sonuna qədər Sena çayı üzərindən uçuş etməyi hədəflədiklərini bildiriblər.

Qeyd edək ki, bu avtomobillərin üstünlükləri, ekoloji cəhətdən təmiz olması və tıxac yaratmamasıdır.

Türkan İSGƏNDƏRLİ