İran hakerləri ABŞ seçkilərinə müdaxilə edir - İDDİA

 09:49 09.08.2024     443

İrana bağlı haker qruplarının noyabrda ABŞ-də keçiriləcək seçkilərə müdaxilə etmək üçün kampaniyaya başladığı iddia edilir.

Redaktor.az xəbər verir ki, bu barədə "Microsoft" korporasiyasının saytında məlumat verilib.

“Bu gün biz İranın ABŞ-dakı prezident seçkilərinə təsir etmək niyyətini getdikcə daha çox göstərən müşahidə etdiyimiz fəaliyyətlər haqqında kəşfiyyat məlumatlarını paylaşırıq”, - deyə şirkətin açıqlamasında bildirilib.

İran hökuməti ilə əlaqəsi olduğu güman edilən haker qruplarının son həftələrdə ABŞ-də noyabr seçkiləri ilə bağlı müzakirələri qızışdırmaq üçün onlayn “kampaniyalar” başlatmağa cəhd etdiyi məlum olub.

“Microsoft”un fikrincə, bu “kampaniyalar” ənənəvi olaraq Amerika seçkilərində həlledici rol oynayan ABŞ-nin yelləncək ştatlarında ən aktiv şəkildə qızışdırılır.

Bundan əlavə, yuxarıda adı çəkilən iranlı haker qruplarından birinin seçkilər ərəfəsində amerikalılar üçün vacib olan məsələlərlə bağlı məlumatlar dərc etdiyi və Birləşmiş Ştatlar daxilində bu və ya digər siyasi qüvvələr adından təbliğat apardıqları saytlar yaratdığı iddia edilir. Belə ki, belə saytlardan biri "Nio Thinker" iddiaya görə, “solçu auditoriyadan istifadə edir və keçmiş prezident Donald Trampı təhqir edir”, digər sayt "Savannah Time" isə “LGBTQ problemləri kimi mövzulara diqqət yetirdiyi iddia edilir.

“Microsoft”un fikrincə, bu cür hərəkətlər xaosu qızışdırmaq, hökuməti sarsıtmaq və seçkilərin bütövlüyünü şübhə altına almaq məqsədi daşıya bilər.

Eyni zamanda, iranlı hakerlərin yüksək rütbəli Amerika məmurlarına onların onlayn fəaliyyətləri haqqında məlumatları oğurlaya biləcəkləri linklər göndərdiyi iddia edilir.

Sevinc İBRAHİMZADƏ