Süni intellektə malik PUA sınaqdan KEÇİRİLDİ

 23:28 09.08.2024     452

ABŞ, Böyük Britaniya və Avstraliyanın daxil olduğu AUKUS hərbi tərəfdaşlıq ölkələri inteqrasiya olunmuş süni intellektə malik pilotsuz uçuş aparatlarını (PUA) birgə sınaqdan keçirib.

Redaktor.az xəbər verir ki, bu barədə Böyük Britaniya bəyanat yayıb.

“Bu, AUKUS üçün ciddi mərhələdir: üç ölkə muxtariyyət və süni intellektin futuristik inteqrasiyasını ilk dəfə sınaqdan keçirdi”, - bəyanatda deyilir.

Qeyd olunur ki, PUA-da quraşdırılmış süni intellekt operatora yerdəki hədəfləri müəyyən etməyə, sıradan çıxarmağa və məhv etməyə imkan verir.

Səlahiyyətlilərin bildirdiyinə görə, sınaqlar çərçivəsində hər üç ölkədən olan PUA-lar ortaq nəticə əldə etmək üçün vahid hava məkanında birlikdə fəaliyyət göstəriblər.

Sınaqlarda həmçinin Britaniya Elmi-Texniki Müdafiə Araşdırmaları Laboratoriyası, Avstraliya Müdafiə Elmi və Texnikası Təşkilatı, ABŞ Hərbi Hava Qüvvələrinin Tədqiqat Laboratoriyası və ABŞ Quru Qoşunlarının Tədqiqat Laboratoriyasının mütəxəssisləri iştirak ediblər.