"Mercedes-Maybach GLS" yeniləməyə hazırlaşır 

 15:58 12.08.2024     480

Yenilənmiş "Mercedes-Maybach GLS"in fotoları yayılıb.

Redaktor.az "autocarindia"ya istinadən xəbər verir ki, model 2019-cu ildən bazardadır, artıq 2023-cü ildə ilk yenilənməsini yaşayıb və hazırda ikincisinə hazırlaşır. Bunun yalnız kiçik bir makiaj olacağı gözlənilir. Belə bir "Mercedes-Maybach GLS" modeli 2026-cı ili üçün satışlara çıxarıla bilər.

Ön bamperin, radiator barmaqlığının və optikanın kamuflyaj plyonka ilə örtülməsinə əsaslansaq, əsas dəyişikliklər burada baş verəcək - hava girişləri, radiator barmaqlığının doldurulması və ola bilsin ki, fara qrafikası transformasiya ediləcək. Bundan əlavə, yenidən işlənmiş "Mercedes-Maybach GLS" yeni dizayn təkərləri, arxa hissədə daha böyük xrom bəzək və yenilənmiş E-Class və EQS üslubunda fərqli arxa fənər dizaynını təqdim etmək üçün nəzərdə tutulub.

Salonda multimedia sistemi üçün daha böyük ekran peyda ola bilər və başqa ekran haqqında da söz-söhbətlər var - o, sərnişinin qarşısındakı idarə panelində quraşdırılacaq. Nəticədə məlumat konsolunun ümumi diaqonalı 30 düym-ə çata bilər.

Mühərrik diapazonunda ciddi dəyişikliklər gözlənilmir, lakin quraşdırmalar daha qənaətcil edilə bilər. Çox güman ki, "Mercedes-Maybach" krossoveri yeni və daha müasir sürücüyə yardım sistemləri alacaq.

Sevinc İBRAHİMZADƏ