"Samsung" yeni qatlana bilən telefonunu təqdim edəcək

 17:10 21.08.2024     1168

Cənubi Koreyanın “Samsung” şirkəti ilin sonuna qədər daha bir qatlanan smartfon buraxmağı planlaşdırırdı. 

Redaktor.az xəbər verir ki, bu barədə "Elec" məlumat yayıb.

Məlumata görə, şirkət Galaxy Z Fold 6 Slim adlı cihazın istehsalını planlaşdırmağa başlayıb. Smartfonun xüsusiyyətləri və qiyməti açıqlanmayıb. Bununla belə, mənbələr "Samsung"un titan korpuslu qatlana bilən qurğunu ilk dəfə təqdim edəcəyini bildiriblər.

Galaxy Z Fold 6 Slim-in arxa panelinin materialı ilə bağlı yekun qərarın yaxın vaxtlarda veriləcəyi, daha sonra cihazın istehsalına başlanacağı açıqlanıb. Smartfon 2024-cü ilin sonuna qədər buraxılacaq, lakin o, yalnız Cənubi Koreyada və bəzi seçilmiş bazarlarda görünə bilər.

Sevinc İBRAHİMZADƏ