Ayı araşdıran kosmik gəmi missiyasını başa vurdu
Yanvar ayında Aya enən və onu araşdıran SLIM missiyasını dayandırıb.
Redaktor.az xəbər verir ki, bu barədə Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA) məlumat yayıb.
Məlumata görə SLIM ilə aprelin 28-dən sonra əlaqə saxlamaq mümkün olmayıb. Bildirilib ki, nəqliyyat vasitəsinin məlumat və nailiyyətlərinin ətraflı xülasəsi tərtib edilərək, insanlara ötürüləcək.
Xatırladaq ki, Yaponiya bu gəmi ilə ABŞ, Çin və Hindistandan sonra Aya yumşaq eniş edən 5-ci ölkə olub.
Türkan İSGƏNDƏRLİ