"X" sosial şəbəkəsinin işində irimiqyaslı uğursuzluq YAŞANDI
Amerikalı milyarder İlon Maskın "X" sosial şəbəkəsi irimiqyaslı uğursuzluğa düçar olub.
Redaktor.az xəbər verir ki, məşhur internet resurslarının işinə nəzarət edən"Downdetector" xidmətinin məlumat yayıb.
Problemlər bir çox ölkələrdə istifadəçilər tərəfindən qeyd edilib. Problemlər daha çox ABŞ-da yaşanıb.
Məlumatlara görə, insanların 69 faizi mobil proqramdakı problemlərdən, 25 faizi isə internet saytından şikayət edib. İstifadəçilərin 6%-i serverə qoşulma zamanı belə problemlərlə üzləşib.
Qeyd edək ki, "X" sosial şəbəkəsi bu yaxınlarda Braziliyadakı fəaliyyətini dərhal bağlayacağını elan edib. Rəhbərlik bu qərarın ölkədəki şirkətin nümayəndəsinin həbsi üçün gizli sərəncam verən Ali Hakim Aleksandr de Moraesə görə verildiyini açıqlayıb. Sosial şəbəkə Braziliyada mövcud olmağa davam edəcək.
Sevinc İBRAHİMZADƏ