"Samsung" televizor proqramını 7 il müddətinə YENİLƏYƏCƏK

 10:29 28.08.2024     443

"Samsung" ağıllı televizorları üçün "Tizen" əməliyyat sistemi yeniləmələrini buraxıldığı tarixdən etibarən 7 il dəstəkləyəcəyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu yenilik yalnız 2023 və daha sonra buraxılan modellər və 2024-cü ilin martında təqdim edilən televizorlar üçün keçərlidir. Köhnə modellər uzunmüddətli yeniləmələri qəbul etməyəcək.

Bu elan ağıllı televizor bazarında, xüsusən də bazar payını getdikcə artıran TCL kimi Çin istehsalçıları arasında.rəqabətin gücləndiyi bir vaxta təsadüf edir.

"Samsung" ən böyük ağıllı televizor istehsalçısı olaraq qalmasına baxmayaraq, ümid edir ki, davamlı yeniləmə dəstəyi ona öz mövqeyini möhkəmləndirməyə və rəqibləri ilə fərqi genişləndirməyə imkan verəcək.

Qeyd edək ki, 7 illik dəstək alacaq modellərin konkret siyahısı hələ açıqlanmayıb. Yaxın vaxtlarda Koreya şirkətindən əlavə məlumat veriləcək.

Sevinc İBRAHİMZADƏ