Braziliya "X"ə girişi qadağan edə bilər

 13:18 29.08.2024     395

Braziliya Ali Məhkəməsi "X" sosial media platformasına giriş qadağası tətbiq edəcəyini açıqlayıb.

Redaktor.az "New York Times" qəzetinə istinadən xəbər verir ki, müxtəlif ölkələrdə hüquqi proseslərlə üzləşən İlon Maska məxsus "X" təxminən 200 milyon əhalisi olan Braziliyada da bağlanma riski altındadır.

Ali Məhkəmə "X"ə ölkədə qanuni nümayəndə təyin etmək üçün 24 saat vaxt verib və əks halda platformaya girişin qadağan ediləcəyini açıqlayıb.

Braziliyada Ali Məhkəmə "X"dən keçmiş prezident Cair Bolsonaroya qarşı çevriliş cəhdi istintaqı ilə bağlı bəzi şəxslər haqqında məlumat verməsini və bəzi hesabları bloklamasını istəyib.

Mask məhkəmənin tələbini yerinə yetirməyib və "X"in Braziliyadakı ofisini bağlayıb.

Sevinc İBRAHİMZADƏ