Gələn ildən "iPhone"ların yaddaşı daha çox OLACAQ

 13:52 29.08.2024     428

Apple 2025-ci ildə yeni "iPhone" modellərinin RAM tutumunu əhəmiyyətli dərəcədə artıracaq.

Redaktor.az xəbər verir ki, bu barədə “MacRumors” məlumat yayıb.

Məlumata görə, "iPhone 17" seriyasının bütün modelləri əvvəlki modellərdən daha çox operativ yaddaş alacaq. Beləliklə, "iPhone 17 və 17 Plus" baza modellərinin yaddaşı 8 giqabayt, "iPhone 17 Pro və 17 Pro Max" modellərinin yaddaşı isə 12 giqabayt olacaq. Müqayisə üçün qeyd edək ki, indiki "iPhone 15 və 15 Plus" 6 giqabayt RAM, "15 Pro və 15 Pro Max" isə 8 giqabaytdır.

Bildirilib ki, təkmilləşdirmənin əsas səbəbi Apple smartfonlarının növbəti nəsillərində görünəcək yeni və daha təkmil süni intellekt (AI) funksiyalarıdır.

Ona görə də, əgər siz smartfonda süni intellektdən istifadə etməyi planlaşdırırsınızsa, 2025-ci ilə qədər gözləməli və "iPhone 17" almalısınız.

Cihazın istifadəçi sorğularını lokal olaraq, yəni qadcetin gücündən istifadə edərək emal etməsi üçün daha böyük yaddaş dəsti də tələb olunur. Əks halda, smartfon internetə məlumat ötürməli olacaq.

Qeyd edək ki, Apple məhsullarının payız təqdimatı sentyabrın 9-da baş tutacaq. Burada "iPhone 16" seriyalı smartfonlar təqdim olunacaq.

Sevinc İBRAHİMZADƏ