ABŞ "Falcon 9"un buraxılışını DAYANDIRDI
ABŞ Federal Aviasiya Administrasiyası "SpaceX"in ağır yük daşıyan "Falcon 9” raketinin ilk mərhələdə dəniz platformasına eniş edə bilməməsi səbəbindən buraxılışlarını müvəqqəti dayandırıb.
Redaktor.az xəbər verir ki, bu barədə "SpaceNews" məlumat yayıb.
Məlumata görə, insident araşdırma tələb edir. Mütəxəssislər raketi texniki baxışdan keçirəcək.
Bundan əvvəl də "Falcon 9" ağır raketinin təkrar istifadə edilə bilən birinci mərhələsi "A Shortfall of Gravitas" dəniz platformasına enərkən aşıb.
Raketin növbəti buraxılışının nə vaxt olacağı ilə bağlı məlumat verilməyib.
Qeyd edək ki, "Space X" bundan öncə iyul ayında "Falcon 9"un buraxılışını təxirə salıb.
Seymur BƏNNAYEV