Apple bu ölkədə "iPhone 16" istehsalına başlayır

 10:39 30.08.2024     328

Apple, Çində "iPhone" istehsalına başladıqdan bir neçə gün sonra Hindistanda yeni "iPhone 16" seriyasının kütləvi istehsalına başlayıb.

Redaktor.az xəbər verir ki, istehsal prosesinə "iPhone 16"nın Pro versiyasının təqdimatı da daxildir.

Bu addım Apple-ın Çindən kənarda tədarük zəncirləri qurmaq və istehsalı diversifikasiya etmək, habelə geosiyasi qeyri-müəyyənlikdən uzaqlaşmaq əzmini vurğulayır. Hindistan tədarük zəncirinin son bir neçə ildə çox yaxşılaşdığı bildirilir.

Sevinc İBRAHİMZADƏ