Yeni "Zeekr 7X"in təqdimatı keçirildi

Yeni tam elektrik krossoveri "Zeekr 7X"in premyerası Çində "Çenqdu" avtosalonunda keçirilib.
Redaktor.az xəbər verir ki, bu barədə "carnewschina.com" xəbər verir. Satışlar 2024-cü ilin sonunda başlayacaq.
Krossoverin uzunluğu 4825 mm, təkər bazası 2925 mm-dir. O, əsas rəqibi olan amerikan "Tesla"dan 75 mm uzun, 10 mm eni və 32 mm hündürdür.
Avtomobil müasir 800 volt elektrik sisteminə malikdir. Giriş səviyyəli "Zeekr 7X" 15 dəqiqə ərzində 80%-ə qədər doldurula bilən və 500 km məsafə qət edə bilən akkumulyatora sahib olacaq. Daha bahalı versiyalar CATL tərəfindən hazırlanmış üçlü batareya alacaq.
Çində avtomobilin qiyməti 240-350 min yuana olacaq.
Sevinc İBRAHİMZADƏ