Mobil telefonda yeni sistem - Texnologiyada ilk

 12:52 02.09.2024     773

"Apple" şirkəti soyutma sistemi olan smartfon üzərində işə başlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə tanınmış insayder Ming-Chi Ko "X" hesabında bildirib.

Ko-nun sözlərinə görə, Amerika şirkəti 2025-ci ildə dörd smartfon təqdim edəcək. Hər bir cihazda qrafit əsaslı soyutma sistemi olacaq.

Bütün "iPhone" 17 seriyalı cihazlar daha yaxşı istilik ötürülməsini təmin edəcək qrafit təbəqələrlə təchiz olunacaq. Bununla belə, yalnız xəttin yüksək səviyyəli flaqmanı "iPhone" 17 "Pro Max"da buxar kamerası olacaq.

Bildirilib ki, soyutma sistemi smartfonlar üçün faydalı olacaq ki, onlar süni intellekt (AI) alətləri ilə daha səmərəli işləyə bilsinlər. Həmçinin, bu cür qadcetlər video oyunlara başladıqda həddindən artıq istiləşmədən daha uzun müddət işləyə biləcəklər.

Türkan İSGƏNDƏRLİ