Maskın şirkəti Braziliyadakı lisenziyasını itirə bilər

 11:10 03.09.2024     459

Amerikalı sahibkar İlon Mask Braziliyada "X" sosial şəbəkəsinin bloklanması tələblərinə əməl etməsə, biznesmenin “Starlink” şirkəti ölkədə fəaliyyət göstərmək icazəsini itirə bilər.

Redaktor.az xəbər verir ki, bu barədə Milli Telekommunikasiya Agentliyinin prezidenti Karlos Bayqorri məlumat yayıb.

"Bu, inzibati prosedur qanununa uyğundur. Mümkün sanksiyalar xəbərdarlıq, cərimə və sonra qrantın geri alınması ilə başlayan ümumi telekommunikasiya qanunvericiliyində nəzərdə tutulan sanksiyalardır", - Bayqorri bildirib.

Agentlik rəhbəri əlavə edib ki, ölkə hökuməti qrantı geri götürərsə, "Starlink" öz fəaliyyət qabiliyyətini itirə bilər.

Qeyd edək ki, avqustun 17-də "X" sosial şəbəkəsi Braziliyada fəaliyyətini dərhal dayandırdığını elan edib.

Sevinc İBRAHİMZADƏ