Bill Qeyts ChatGPT ilə bağlı etiraf ETDİ

 09:40 09.09.2024     647

Milyarder Bill Qeyts şəxsi araşdırma və yazı üçün müntəzəm olaraq ChatGPT-dən istifadə edir.

Redaktor.az xəbər verir ki, bu barədə o, "The Verge"ə verdiyi son müsahibədə etiraf edib.

Onun sözlərinə görə, çatbot ona müxtəlif mövzuları daha yaxşı başa düşməyə kömək edir və müəyyən suallara dəyərli izahatlar verir.

Qeytsin etirafı ona görə maraq doğurdu ki, milyarder bütöv bir tədqiqatçı və faktları yoxlayan qrupa asanlıqla sahib ola bilərdi, lakin məlumat tapmaq üçün süni intellektə müraciət etməyə üstünlük verib.

Qeyts "Microsoft"dakı roluna da toxunub. O, 2021-ci ildə şirkəti tərk etsə də, şirkətə məsləhət verməkdə və OpenAI ilə çoxmilyardlıq tərəfdaşlığını dəstəkləməkdə davam edir. Həmçinin milyarder süni intellekt texnologiyalarının inkişafının vacibliyini vurğulayıb.

Sevinc İBRAHİMZADƏ