BMW 1,5 milyon avtomobilini geri ÇAĞIRACAQ

 21:43 10.09.2024     536

Münhendə yerləşən avtomobil istehsalçısı "BMW Group", əyləc sistemindəki problemlərə görə 1,5 milyon avtomobili geri çağıracağını açıqlayıb.

Redaktor.az xəbər verir ki, şirkət geri çağırılacaq avtomobillərin zəmanət xərclərində artım olacağını açıqlayıb. Bu açıqlamadan sonra BMW-nin səhmlərindəki azalma 11 faizi ötüb.

BMW həmçinin Çində tələbin durğunluğu səbəbindən satışlarının azaldığına və istehlakçı tələbinin zəiflədiyinə diqqət çəkib.

Seymur BƏNNAYEV