Yeniyetmələrə "TikTok" və digər sosial şəbəkələr qadağan ediləcək

 09:44 11.09.2024     470

Avstraliya hakimiyyəti uşaqların sosial şəbəkələrə daxil olmasını qadağan edən qanun qəbul etmək istəyir.

Redaktor.az xəbər verir ki, Avstraliyanın baş naziri Entoni Albanese sosial medianın gənclərə mənfi təsir göstərdiyini və hökumətin bu təhlükə ilə mübarizə aparmaq üçün tədbirlər görməyə qərarlı olduğunu bildirib.

Qadağanın hansı yaşda qüvvəyə minəcəyi hələ də müzakirə edilir və bunun 14-16 yaş arasında dəyişə biləcəyi bildirilir.

Oxşar təşəbbüslər əvvəllər Malayziya və Sinqapur da daxil olmaqla Asiya-Sakit Okean regionunun digər ölkələrində müzakirə olunub.

Avstraliyada bu siyasət 2024-cü ilin iyun ayından rəsmiləşib və sosial şəbəkələrə daxil olmaq üçün minimum yaş yaşın yoxlanılması üsullarını sınaqdan keçirdikdən sonra bəlli olacaq.

Bu qərar ölkədə əvvəllər tətbiq edilmiş bir sıra məhdudiyyətlərin davamıdır. Belə ki, daha əvvəl xəbər platformalarının yerli mediaya məzmuna görə pul ödəməsini tələb edən qadağalar böyük texnologiya şirkətlərinə yönəlmişdi.

Sevinc İBRAHİMZADƏ