Məşhur oyun şirkətlərinin manipulyativ taktikaları Aİ-yə şikayət edildi

 17:30 12.09.2024     476

Avropanın müxtəlif ölkələrindən olan 45 istehlak birliyinin təşkilatı - Brüsseldə yerləşən Avropa İstehlakçılar Birliyi (BEUC) 17 ölkədən 22 üzvü ilə birlikdə  böyük kompüter oyunu şirkətlərinin oyundaxili valyutalarda tətbiq etdiyi təcrübələrlə bağlı Aİ qurumlarına rəsmi şikayət göndərdiyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, açıqlamada, video oyun sənayesinin oyundaxili valyutalardan istifadə edərək istehlakçıların xərclərini maksimuma çatdırdığı bildirilib.

Avropanın ən böyük istehlakçı təşkilatı BEUC "Fortnite", "EA Sports", "Minecraft", "Roblox" və "Clash of Clans"a sahib olan oyun şirkətlərini manipulyasiya edən pul xərcləmə taktikalarından istifadə etdiklərini əsas gətirərək Avropa Birliyinə şikayət edib.

"Activision Blizzard", "Electronic Arts", "Epic Games", "Mojang Studios", "Roblox Corporation", "Supercell" və "Ubisoft' kimi böyük şirkətlərin ədalətsiz tətbiqləri olduğu və AB istehlakçı hüquqlarını pozduğu bildirilib.

Belə ki, oyundaxili valyutalardan istifadə edildikdə, istehlakçıların rəqəmsal məhsulların real dəyərini görə bilmədiyi və bunun həddindən artıq xərclərə səbəb olduğu, oyundaxili alışların həmişə real valyutada görünməsi lazım olduğu bildirilib.

Açıqlamada işaqların bu manipulyasiya taktikalarına qarşı həssas olduğu qiymətləndirilib və Avropada uşaqların oyundaxili alış-verişə ayda orta hesabla 39 Avro xərclədikləri xatırladılıb.

Sevinc İBRAHİMZADƏ