Qaranlıq rejim telefonun batareya enerjisinə necə təsir edir?

 10:57 16.09.2024     435

Son zamanlarda insanların çoxu smartfonların təklif etdiyi qaranlıq rejim imkanını aktivləşdirib isitifadə edirlər. Bəzi iddialara görə, qaranlıq mövzu telefonda batareya enerjisinə qənaət etməyə kömək edir.

Redaktor.az xəbər verir ki, "Google" qaranlıq rejim istifadənin telefonun batareyasına necə təsir etdiyini göstərən bir araşdırma aparıb.

Məlumata görə, OLED ekranlı cihazlarda bu parametr 15-63% enerji qənaət etməyə kömək edib, lakin LCD ekranlı cihazlarda belə effekt müşahidə olunmayıb.

Həmçinin Purdue Universitetinin araşdırması göstərib ki, ekran parlaqlığı 30-50%-dən çox olmadıqda qaranlıq mövzu yalnız 3-9% təsirli olub.

"4PDA" portalı isə AMOLED displeyli "Vivo V21" smartfonu ilə sınaq keçirib. Məlum olub ki, maksimum parlaqlıq istifadə edilərsə, qaranlıq və açıq rejim quraşdırmağın müəyyən fərqi var. Belə ki, "YouTube"da videolara baxarkən qaranlıq rejimdə batareya sərfiyyatı yarıdan çox azalıb. Orta ekran parlaqlığında isə qədər də fərq olmayıb.

Sevinc İBRAHİMZADƏ