Vikipediya inzibatçıları kimdir?

 13:24 17.09.2024     237

Vikipediya ilə bağlı müzakirələr bitmək bilmir. Bəziləri şəhidlərin məqalələrinin tamamilə provakasiya məqsədilə silindiyini deyir, bəziləri isə məsələnin vikipediya qaydalarına uyğun olduğunu söyləyir.

Qeyd edək ki, bu arada ən çox tənqid və təhqir edilən vikipediya üçün könüllü şəkildə çalışan inzibatçılar oldu. 

Bəs vikipediyada inzibatçılar kimlərdir?

Bu barədə İKT eksperti Fərhad Mirəliyev Redaktor.az-a açıqlamasında danışdı.
 
O bildirdi ki, bütün istifadəçilərin məqalə yaratmaq imkanı var:

"İcma formalaşandan sonra həmin icmanın içindən səsvermə yolu ilə inzibatçı seçilir. Rusiya vikipediyasında 100-ə yaxın inzibatçı var. Bu inzibatçı şəxslər öz çalışqanlıqları, ümumi töhfələri ilə seçilirlər, xidmətlərinə görə dəyərləndirilirlər".

Ekspertin sözlərinə görə, vikipediyanın fəlsəfəsindəki əsas qanun belədir ki, xüsusən də inzibtçılar heç bir siyasi, dini, irqi baxşılarını işlərinə yansıtmamalıdırlar:

"İstənilən proseslərdə neytral davranmalıdırlar. Eyni zamanda bu neytrallıq adi istifadəçilərin yaratdığı məqalələrdə də qorumalıdırlar, icmanın maraqlarına uyğun gəlməyən yazıları redaktə etməli və ya silməlidirlər. Vikipediyanın baş ofisi Amerikadadır. Həmçinın QHT olduqları üçün həm də qrantlarla maliyyələşən təşkilatdır". 

Sevinc İBRAHİMZADƏ