"Apple" oktyabrda 7 cihaz təqdim EDƏCƏK

 16:14 17.09.2024     208

"Apple"ın 8 oktyabr 2024-cü il təqdimatında nümayiş etdirəcəyi 7 cihaz məlum olub.

Redaktor.az xəbər verir ki, bu barədə “Max Tech” yutub kanalının aparıcısı danışıb.

Məlumata görə, bu ilin oktyabr ayında "Apple" yeni "M4 Max" çipinə həsr olunmuş təqdimat keçirəcək. Daha bir neçə qurğu buraxılacaq.

Bu, daha yaxşı kameralara və yeni prosessora malik "iPad Mini"dir. Həmçinin "iMac" də buraxılacaq.  "Mac Mini"nin M4 Pro-da işə salınması gözlənilir. Ən azı bir versiyada iki USB portu olacaq.

M4-də yeni video mühərriki olduğu üçün 14 düymlük modelin sağ tərəfində "Thunderbolt Type-C" portu olacaq. Eyni zamanda, "Apple" MacBook-larda 16 GB RAM-ı standart edəcək.

Sevinc İBRAHİMZADƏ