GTA 6-nın çıxacağı vaxt təsdiqləndi

 09:48 20.09.2024     80

"Grand Theft Auto" (GTA) 6-nın 2025-ci ildə buraxılacağı rəsmən təsdiqlənib.

Redaktor.az "take-two" istinadən xəbər verir ki, şirkətin hesabatında oyunun payızda çıxacağı bildirilir.

"Rockstar Games"in tərtibatçıları hələ layihə haqqında əlavə təfərrüatları açıqlamayıblar, lakin onlar söz veriblər ki, gələcəkdə xəbərləri paylaşacaqlar. Bunun nə vaxt baş verəcəyi isə dəqiq bilinmir.

"Grand Theft Auto 6" ilk olaraq PS5 və "Xbox Series X/S" konsollarında olacaq, PC versiyası isə daha sonra buraxılacaq. Oyunun "Xbox Series S"də performansının konsolun aparat məhdudiyyətləri səbəbindən şübhəli olacağı gözlənilir.

Sevinc İBRAHİMZADƏ