7 min manatdan baha olan "iPhone 16" nə qədər yaxşı enerji saxlayır?

 10:34 20.09.2024     83

Yeni "iPhone 16" və "iPhone 16 Pro" smartfonlarının batareyalarının ömrü əvvəlki nəsillə müqayisədə inkişaf edib.

Redaktor.az xəbər verir ki, "iPhone 16 Pro Max" 18 saata qədər internetdən istifadəyə imkan verir, "iPhone 16 Pro"da isə  bu müddət 14 saatı əhatə edir. Bu,rəqəmlər  "iPhone 15" və 15 Pro-dan dörd saat çoxdur.

Batareya ömrü testində "iPhone 16 Pro Max", 17 saatlıq batareya ömrü ilə "Samsung Galaxy S24 Ultra" və 13,5 saat enerji saxlayan "Google Pixel 9 Pro" kimi rəqiblərini geridə qoyub. Həmçinin "iPhone 16" və onun əsas modellərinin iş müddətində "iPhone 15" ilə müqayisədə irəliləyiş müşahidə olunub.

Bununla belə, yeni "iPhone"ların doldurulma sürəti "iPhone 15" ilə demək olar ki, eyni olaraq qalır. "iPhone 16 Pro" və "Pro Max 15" dəqiqəyə 29%-ə, 30 dəqiqəyə isə 55-56%-ə qədər doldurur ki, bu da "Galaxy S24 Ultra"dan bir qədər aşağıdır.

Qeyd edək ki, Azərbaycanda 256 GB yaddaş tutumu olan "iPhone 16 Pro" 7350 manata təklif olunub.

Sevinc İBRAHİMZADƏ