"SpaceX" Marsa 5 ekipajsız raket buraxacaq

"SpaceX" iki il ərzində Marsa təxminən beş ekipajsız "Starship" raketi buraxmaq qərarını təsdiqləyib.
Redaktor.az xəbər verir ki, bu barədə İlon Mask bildirib.
Onun sözlərinə görə, bu missiya uğurla tamamlanarsa, 4 il sonra ekipajlı raketlər buraxılacaq. Mask həmçinin qeyd edib ki, Marsa buraxılan raketlərin sayı artırılacaq.
Xatırladaq ki, şirkət mütəmadi olaraq bəzi əraziləri internetlə təmin etmək üçün kosmosa peyklər göndərir.
Türkan İSGƏNDƏRLİ