Məşhur avtomobil şirkəti bu ölkədəki işçilərini ixtisar EDƏCƏK

 17:53 23.09.2024     493

"Volkswagen" şirkəti xərcləri azaltma strategiyasının bir hissəsi olaraq Çindəki işçilərini ixtisar etməyə başlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə "automotive news europe" məlumat yayıb.

Belə ki, "VW Group" Çindəki optimallaşdırma səylərinin 2026-cı ilə qədər xərclərin azaldılması hədəfinə çatmağa əhəmiyyətli töhfə verəcəyini söyləyib. Tutmalara əlavə olaraq, kadr hazırlığı, səyahət və s. kimi dolayı xərclərdə də qənaət əldə ediləcək.

Bu, "Volkswagen"in BYD-nin başçılıq etdiyi yerli istehsalçıların sərt rəqabəti ilə üzləşdiyi Çində satışların azalması ilə əlaqədar olub. Satışlar  2019-cu ilin eyni dövrü ilə müqayisədə 2024-cü ilin birinci yarısında 7,4 faiz azalıb.

"Volkswagen"in Çindəki 90 000 işçisinin yalnız kiçik bir hissəsi ixtisara düşəcək. Qənaət siyasətinə məruz qalan “Volkswagen” də tarixində ilk dəfə ölkədəki fabriklərini bağlamağı düşünür. Bu, təxminən 15 min insanın işdən çıxarılması ilə nəticələnə bilər.

Sevinc İBRAHİMZADƏ