iPhone 16 Pro-da problemlər aşkarlandı

 09:37 24.09.2024     75

"iPhone 16 Pro"nun ilk alıcıları toxunma ekranının həssaslığı ilə bağlı problemlərlə qarşılaşıblar. Bir çoxları ekranın virtual klaviaturada sürüşdürmək və ya düymələri basmaq kimi toxunuşlara həmişə cavab vermədiyini bildirir.

Redaktor.az-ın məlumatına görə, iOS-un təsadüfi toxunmaların qarşısının alınması alqoritmi çox aqressivdir və bu, qəsdən toxunmaların da nəzərə alınmamasına səbəb olur. Problem daha çox ekranın kənarlarına, xüsusən də sağ tərəfə toxunduqda yaranır, lakin digər sahələrə də özünü göstərə bilər.

İstifadəçilər bildirirlər ki, cihaz qoruyucusuz istifadə edildikdə problem daha da pisləşir, çünki barmaqlar təsadüfən ekranın nazik çərçivələrinə toxuna bilər ki, bu da təsadüfi toxunmadan qorunmanı aktivləşdirir. Ancaq qoruyucu ilə belə bunun qarşısını tamamilə almaq mümkün deyil.

Problem iOS 18 və iOS 18.1 beta versiyalı iPhone 16 Pro-da mövcuddur.

Sevinc İBRAHİMZADƏ