Bu ölkələrin proqramlarının avtomobillərə quraşdırılması qadağan olunacaq

 17:39 24.09.2024     499

ABŞ-nin hazırkı Prezidentinin Administrasiyası internet şəbəkəsi olan avtomobillərdə Çin və Rusiya proqram təminatının, eləcə də texniki vasitələrin quraşdırılmasını tamamilə qadağan edən qanun layihəsi hazırlayır. Ümumilikdə Çin və Rusiya məhsullarına qoyulan qadağa avtopilot da daxil olmaqla avtomobillər üçün məlumat ötürmə sistemlərinin bütün növlərinə təsir göstərəcək.

Redaktor.az-ın məlumatına görə, qadağa, ilk növbədə, ABŞ-yə idxal olunan avtomobillər və rus tərtibatçılarının proqram təminatı üzərində Çin avadanlıqlarının tədarükünün dominantlığını zəiflətməyə yönəlib. Bu məsələ ilə bağlı təhqiqat Federal Ticarət Komissiyası tərəfindən 2024-cü ilin mart ayında başlayıb və xüsusilə ABŞ-yə idxal edilən Çin avtomobillərinə 100% vergi tətbiq edilməsi ilə bağlı olub.

İlk növbədə, qadağa avtomobil sahibi məlumatlarının toplanması baxımından ən çətin sistem olan Çin avtopilot sistemlərinə təsir edəcək. ABŞ-də bunu milli təhlükəsizliyə təhdid kimi görürlər.

Sevinc İBRAHİMZADƏ