"WhatsApp"da yeni funksiya aktivləşdi

 10:50 25.09.2024     501

Android üçün "WhatsApp"ın beta versiyasında yeni funksiya təqdim edilib.

Redaktor.az xəbər verir ki, bu barədə "WABetaInfo" məlumat yayıb.

Belə ki, yenilik naməlum şəxslərin hücumlarını avtomatik bloklamağa imkan verəcək. Burada məqsəd istifadəçinin tanımadığı insanlardan gələ biləcək spamlarla mübarizə aparmaqdır.

Xüsusiyyətin aktiv olub olmadığını yoxlamaq üçün "Parametrlər"ə daxil olmalı, "Məxfilik"ə keçməli, "Ətraflı" menyusunu seçib, "Naməlum hesablardan mesajları blokla" seçimini aktivləşdirmək lazımdır.

Qeyd etmək vacibdir ki, bu funksiya aktiv olduqda bütün naməlum mesajlar bloklanmır. Sistem müəyyən limiti aşan mesajları bloklayacaq.