Zərərli proqramlar "TikTok" vasitəsilə yayıldı

 10:17 27.09.2024     400

Təcavüzkarlar zərərli proqramları yaymaq üçün "TikTok" sosial şəbəkəsindən istifadə etməyə başlayıblar.

Redaktor.az xəbər verir ki, bu barədə “SiliconANGLE”  məlumat yayıb.

"TikTok"dan istifadə edərək hücumlar "Microsoft" rəqəmsal məhsullarının istifadəçiləri arasında adi hala çevrilib. Analitik şirkətin ekspertləri bildiriblər ki, hakerlər sosial şəbəkə ünvanları vasitəsilə zərərli linkləri paylaşırlar, sonra isə bu, fişinq halına gətirib çıxarıb. Bundan sonra təcavüzkarlar istifadəçi məlumatlarını oğurlayıblar.

Məlumata görə, hücum zamanı istifadəçi təşkilatın təhlükəsizlik işçilərindən və ya "Microsoft"dan olduğu iddia edilən bildiriş alıb. Bu zaman ondan "TikTok"da bir səhifəyə aparan keçidə əməl etməsi xahiş olunub. Mütəxəssislər deyirlər ki, "TikTok" URL-lərinin istifadəsi diqqət çəkir, çünki fırıldaqçılar platformaya olan etibardan istifadə edirlər.

Mütəxəssislər belə nəticəyə gəliblər ki, zərərli sayta yönləndirmək üçün qanuni saytdan istifadənin bu üsulu fişinq kampaniyalarının inkişaf etdirir və bu baxımdan diqqətli olmaq vacibdir.

Sevinc İBRAHİMZADƏ